“Yayda terrorizmlə mübarizədə əhəmiyyətli nəticələr əldə etməyə yönəlmiş yeni, daha genişmiqyaslı əməliyyatlar həyata keçiriləcək”.
OXU24.COM xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
"Müasir çağırışlar Türkiyəni eyni zamanda bir çox cəbhədə cinayətkarlığa qarşı durmağa məcbur edir. Təkcə son bir ildə hüquq-mühafizə orqanları və ordu tərəfindən bölgədə 43 min 765 əməliyyat keçirilib, ümumilikdə 1045 PKK terrorçusu məhv edilib", - Türkiyə lideri qeyd edib.
Onun sözlərinə görə, cinayətkarlıqla mübarizədə Türkiyə hərbi-sənaye kompleksinin son nümunələrindən istifadə edilir ki, bu da qanlı təşkilatların fəaliyyət çərçivəsini daraldır, terrorçuların sıralarına yeni silahlıların axınını dayandırır.
Oxu24.com
ŞƏRHLƏR