Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarus prezidenti Aleksandr Lukaşenkoya Ukraynadakı münaqişənin həlli üçün Rusiyanın sülh planını dəstəklədiyinə görə minnətdarlığını bildirib.
Bu barədə Rusiya XİN-in saytında məlumat verilib.
Tərəflər beynəlxalq vəziyyət və Ukrayna ətrafında vəziyyətlə bağlı qiymət mübadiləsi aparıblar.
Belarus tərəfi xüsusi hərbi əməliyyata verdiyi dəstəyə və Ukrayna böhranının yekun həlli ilə bağlı Rusiyanın təkliflərinə görə minnətdarlığını bildirib.
Bundan əlavə, Rusiya Avrasiya təhlükəsizliyi üzrə qarşıdan gələn İkinci Minsk Konfransını və Belarusun “Müxtəliflik üçün Avrasiya Xartiyası”nın hazırlanması təşəbbüsünü dəstəklənib.
Daha əvvəl Peskov bildirib ki, Rusiya Ukrayna ilə bağlı Qərblə dialoqun normallaşdırılması üçün ilkin şərtlər görmür.
Nigar
Oxu24.com
ŞƏRHLƏR