Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113022
az

Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 19 müharibə iştirakçısı polisə qəbul olundu (FOTOLAR)

14:2725 İyun, 2024
133
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 25-də Oğuz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Oxu24.com xəbər verir ki, nazir əvvəlcə Oğuz rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ şəhər və rayonlarından qəbula gələn 224 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

19 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 88 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

165 nömrəli marşrutun       avtobusları            yenilənir
Sabah bu ərazidə       qaz           olmayacaq
Yolda hərəkət edən qapısız ambulansla bağlı- Açıqlama - Video

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
“Azərbaycan işi” üzrə məhkəmə      sabah      keçiriləcək