Hindistanın baş naziri Narendra Modi iyulun 8-də Rusiya paytaxtına səfər edəcək.
Oxu24.com bu barədə Tribune India-ya istinadən xəbər verir.
Nəşr qeyd edir ki, Modi bu yaxınlarda ardıcıl üçüncü dəfə Hindistan hökumətinə rəhbərlik etdiyi üçün səfər xüsusi xarakter daşıyacaq.
Bir gün əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov artıq hindistanlı siyasətçinin səfərinə hazırlıq barədə danışmışdı.
İndiyə qədər Modinin səfərinin müddəti ilə bağlı məlumatlar fərqlidir: bu, ya bir günlük, ya da iki günlük səfər ola bilər.
Hər iki ölkənin rəsmiləri müxtəlif sahələrdə onlar arasında gələcək əməkdaşlığın vacibliyini vurğulayırlar.
Daha əvvəl Putin və Modi telefon danışığında ölkələr arasında strateji tərəfdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər.
Miri
Oxu24.com
ŞƏRHLƏR