Ermənistan yenə saxtakarlığa əl atdı - Azərbaycanı keçmək üçün...
10:2527 Mart, 2019
742
ŞOU-BİZNES
A
Ermənistanın “Eurovision” nümayəndə heyəti saxtakarlığa əl atıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müsabiqənin rəsmi fan səhifələrində məlumat yayılıb.
Qeyd olunub ki, erməni deleqasiya təmsilçiləri Srbukun yarışma üçün ifa etdiyi “Walking Out”un “Youtube”dakı baxış sayını süni üsulla artırıb. İki həftə bundan əvvəl təqdim olunan klip sürətlə 3 milyon 500 min insan tərəfindən baxılıb, daha sonra baxış sayında artım olmayıb.
Onların bu cür addım atmasının səbəblərindən biri kimi də Azərbaycandan üstün olmaq istəyi göstərilir.
Qeyd edək ki, Çingiz Mustafayevin “Truth” layihəsi rəsmi “Eurovision” səhifəsində 1 milyondan çox baxış toplayıb.
ŞƏRHLƏR