Bu ilin yanvar-may aylarında Azərbaycanda beynəlxalq poçt göndərişlərinin dəyəri 27 milyon 408 min ABŞ dolları, həcmi isə 109,6 ton təşkil edib.
Oxu24.com Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 35 % və 28,1 % azdır.
5 ay ərzində Azərbaycana xarici ölkələrdən 26 milyon 18 min ABŞ dolları dəyərində 107 ton poçt göndərişi idxal edilib ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 35,7 % və 28 % azdır.
Hesabat dövründə Azərbaycandan xaricə isə 1 milyon 390 min ABŞ dolları dəyərində 2,6 ton poçt göndərişi ixrac edilib ki, bu da illik müqayisədə 22,6 % və 60,7 % azdır.
Oxu24.com
ŞƏRHLƏR