Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112979
az

Maskalı şəxslər Göyçay sakinini döyərək beş min manatını ələ keçiriblər

10:0725 İyun, 2024
98
KRİMİNAL
  • A

Göyçay rayonunda quldurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, zərərçəkən şəxs polisə müraciət edərək üzləri maskalı naməlum şəxslərin onu döyərək avtomobilin yük yerində saxladıqlarını və üzərində olan 5000 manatı götürərək hadisə yerindən uzaqlaşdıqlarını bildirib.

Qeyd edilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Əli Piriyev, qohumu Orxan Piriyev, Ruslan Səmədov, İlkin Bəşirov və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər cinayəti Əli Piriyevin təklifi ilə törədiblər. Onlardan quldurluq yolu ilə əldə etdikləri pulun bir qismi aşkarlanıb.

Məhkəmənin qərarı ilə saxlanılan 4 nəfər barəsində həbs, yetkinlik yaşına çatmayan şəxs haqqında isə digər növdən olan qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Arif Rəhimov məhkəməyə gəlsin"- Çingiz Mehdiyevin vəkili sabiq nazirin oğlunun dindirilməsini istədi
7 min manat cəriməsi olan sürücü  həbs  edildi
Polis 6,7 kq-ya yaxın narkotik  aşkarlayıb

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
"Arif Rəhimov məhkəməyə gəlsin"- Çingiz Mehdiyevin vəkili sabiq nazirin oğlunun dindirilməsini istədi