Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112971
az

Yay aylarında bu məhsuldan istifadə etməyin – Dəri ləkələrinə səbəb olur

01:0425 İyun, 2024
175
CƏMİYYƏT
  • A

Koronavirus pandemiyası zamanı spirt tapılmayan günlərdə bir çox insanın dezinfeksiya üçün istifadə etdiyi kolonya yenidən gündəmə gəlib.

OXU24.COM  xəbər verir ki, bəzi insanlar yay aylarından infeksiyalardan qorunmaq üçün kolonyadan istifadə edir. Qoxusu və təravətləndirici təsirinə görə də bu məhsula üstünlük verilir. Həmçinin bəzi restoranlar da müştəriləri qapıda kolonya ilə qarşılayırlar.

Lakin bu məhsulun düzgün istifadə edilməməsi ağciyərlərə və beyinə ziyan vura bilər. Onun tərkibindəki kimyəvi maddələrin sağlamlığa mənfi təsir göstərə biləcəyi qeyd edilir. Kimyəvi maddələrdən təmizlənmədən metil spirti ilə hazırlanan kolonya beyin, ağciyər və dəridə ciddi problemlər yarada bilər.

Xüsusilə də yay aylarında kolonyadan istifadə etmək tövsiyə edilmir. Dermatoloqların fikrincə, kolonya dərini qurudur, tərləmənin qarşısını alır və xüsusilə həssas dəriyə ciddi zərər verə bilər. Çünki daha da həssaslaşan dəri günəşə məruz qaldıqda yanıb qabıqlana bilir. Bu isə dəridə qalıcı ləkələrə səbəb ola bilər. Üstəlik, kolonya dərinin bakteriyalara qarşı mübarizə mexanizmini bloklayır.
Bildirilir ki, keyfiyyətli kolonyada "etanol" adlanan etil spirti istifadə olunur. Odur ki, kolonyadan vazkeçmək istəməyənlər mütləq daha keyfiyyətli olan versiyalarını seçməlidirlər.

Ancaq keyfiyyətli olsa belə, ekzema və sedef kimi dəri xəstəliklərdən əziyyət çəkənlər kolonyadan imtina etməlidirlər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç vəkil cəzalandırıldı
Metropolitenin yeni rəisi kimdir? -DOSYE
“Jirinovskinin bütün proqnozları özünü doğruldur” - Putin

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib