Allah Rəsulu (s.ə.s.) evdən çıxarkən bu duanı oxuyardı:
بِسْمِ اللَّهِ توَكَّلْتُ عَلَى اللَّهِ وَ لاَ حَوْلَ
وَ لاَ قُوَّةَ اِلاَّ بِاللَّهِ
“Allahın adı ilə Allaha güvəndim. Allahdan başqa həqiqi güc və qüdrət sahibi yoxdur”.
Rəsulullah (s.ə.s.) buyurmuşdu:
“Kim evindən çıxanda bu duanı oxuyarsa, ona “Sən işini gör, sənə hidayət verildi və sən qorundun” deyilər və şeytan ondan uzaqlaşar”.[1]
اَللَّهُمَّ اِنِّي أَعُوذُ بِكَ أَنْ أَضِلَّ أَوْ أُضَلَّ أَوْ أَزِلَّ أَوْ أُزَلَّ أَوْ أَظْلِمَ
أَوْ أُظْلَمَ أَوْ أَجْهَلَ أَوْ يُجْهَلَ عَلَيَّ
“Allahım! Haqq yolundan çıxmaqdan və ya çıxarılmaqdan, ayağımın haqq yoldan sürüşməsindən və ya sürüşdürülməsindən, zülm etməkdən və ya zülmə məruz qalmaqdan, cəhalətə düşməkdən və ya cahil edilməkdən sənə sığınıram”
Oxu24.com
ŞƏRHLƏR