Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112899
az

Çində təkrar istifadə oluna bilən raketin sınağı keçirildi

14:0624 İyun, 2024
108
DÜNYA
  • A

Çinli mühəndislərin hazırladığı təkrar istifadə oluna bilən daşıyıcı raketin şaquli qalxma-enmə sınağı uğurla icra edilib.

Oxu24.com xəbər verir ki, raket 12 kilometr hündürlüyə qalxdıqdan sonra yerə enib. Bu, daşıyıcı raketin ən hündür qalxma-enmə uçuşu olub.

“Çin kosmos elmləri və texnologiyaları” korporasiyasının nəzdindəki “Şanxay kosmos uçuşu texnologiyası akademiyası”nın hazırladığı raketin sınağı iyunun 23-də Ciüçüən kosmodromunda keçirilib. Maye oksigen-metan ilə çalışan və diametri 3,8 metr olan raketin ümumi uçuş müddəti 6 dəqiqə çəkib.

Çinli mütəxəssislər növbəti mərhələdə raketin 70 kilometr hündürlüyə qalxıb-enmə sınağını həyata keçirməyi planlaşdırıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO