Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112863
az

Mahaçqala və Dərbənddə antiterror əməliyyatı başa çatdı

10:5424 İyun, 2024
95
DÜNYA
  • A

Dağıstan Respublikasının Mahaçqala və Dərbənd şəhərlərində antiterror əməliyyatı başa çatıb.

Oxu24.com xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.

Bildirilib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək, terror cinayətlərinin qarşısını almaq və silahlı hücumda iştirak edən şəxslərin zərərsizləşdirilməsi üçün Rusiya FSB-nin Dağıstan üzrə departamenti antiterror əməliyyatı keçirib.

Mahaçqala və Dərbənd şəhərlərinin inzibati sərhədləri daxilində antiterror əməliyyatının hüquqi rejimi bu gün saat 08:15-də ləğv edilib..

Qeyd edək ki, bazar günü Dərbənd və Mahaçqalada silahlı şəxslər pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Son məlumatlara görə, 15-dən çox polis əməkdaşı, həmçinin bir neçə mülki şəxs, o cümlədən Rus Pravoslav Kilsəsinin keşişi terror aktlarının qurbanı olub. Həmçinin ikisi Dərbənddə, üçü isə Mahaçqalada olmaqla beş terrorçu zərərsizləşdirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ Qəzzada mümkün atəşkəsə münasibət bildirib
ABŞ İranla da razılaşmaya hazırdır
Polşa Avropa İttifaqı və NATO-da Ukraynanın gələcəyini görmür