Putin Türkiyənin BRİKS-ə qoşulmaq istəyinə münasibət bildiri.
OXU24.COM xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya lideri ilə görüşü zamanı ölkəsinin BRİKS-ə qoşulmaq niyyətini şərh edib.
"Biz Türkiyənin BRİKS-in işinə marağını alqışlayırıq. Təbii ki, biz bu assosiasiya ölkələri ilə birlikdə olmaq istəyini və sıylərini hər cür dəstəkləyəcəyik. Hələlik məsələ ilə bağlı yekun qərar verilməyib”, - Rusiya lideri bildirib.
Prezident qeyd edib ki, beynəlxalq aləmdə mövcud vəziyyət dövlətlərdən öz təhlükəsizliyini, o cümlədən iqtisadi təhlükəsizliyini təmin etmək üçün daha sıx əməkdaşlıq etməyi, beynəlxalq aləmdə fəaliyyətə uyğunlaşmağı tələb edir.
Oxu24.com
ŞƏRHLƏR