Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112828
az

Vatsapda yayılan səsyazısı ilə bağlı - Rəsmi açıqlama

22:2222 İyun, 2024
213
CƏMİYYƏT
  • A

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı müəyyən dələduzluq halları müşahidə edilib.

Bununla bağlı məlumatı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı yayıb.

O bildirib ki, hazırda vatsap səs yazısı vasitəsilə həqiqəti əks etdirməyən müxtəlif məlumatlar paylaşılır:

"Əziz müəllimlər, dəyərli həmkarlarım.

Təəssüf ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı müəyyən dələduzluq hallarının yayıldığını müşahidə edirik.

- İlk növbədə bildirirəm ki, sertifikatlaşdırma nəticələri “smslə gəlmir.” Sertifikatlaşdırmanın test imtahanı mərhələsi avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir. İmtahan başa çatdıqdan dərhal sonra elan edilir. Yəni prosesdə iştirak edən müəllim imtahan zalından artıq nəticəsini bilərək çıxır.

- Səs yazısında haqqında danışılan “imtahan komitəsi” adında bir anlayış və ya qurum yoxdur. İmtahan təşkilində bu adda hər hansı bir “komitə” fəaliyyət göstərmir.

- Sertifikatlaşdırma prosesi Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada həyata keçirilir. Məqsəd, təbii ki, şəffaflığın təmin olunmasıdır".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bağırsaq xərçəngi riskini azaldan qida məhsulu
Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
“Azərbaycan işi” üzrə məhkəmə      sabah      keçiriləcək