Məşhur bəstəkar, aktyor və musiqiçi Mazlum Çimen ad günündə infarkt keçirib.
OXU24.COM xəbər verir ki, aktyor özü bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Mazlum Çimen paylaşımında bunları yazıb:
"Yoxluğumda nə qədər zəng edib soruşan, mesaj göndərənlər olub, hamınıza təşəkkür edirəm, çox sağ olun. İndi reanimasiyadan çıxartdılar, əlayam, telefonuma baxa bilmirəm, hamınıza sevgilər".
Aktyorun oğlu mediaya açıqlamasında bildirib ki, atasının ürəyinə stent qoyulub və bir müddət xəstəxanada müalicəsini davam etdirəcək.
Oxu24.com
ŞƏRHLƏR