Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112819
az

Putinin Şimali Koreya səfərinin gizlinləri: B planı işə düşdü

19:3022 İyun, 2024
228
SİYASƏT
  • A

Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyanın hərbi ambisiyalarını dəstəkləməsi ABŞ və müttəfiqlərinə ciddi problemlər yarada bilər.

OXU24.COM  bildirir ki, bu barədə "Nyu-York Tayms" qəzeti yazır.

Nəşr bildirir ki, ABŞ və müttəfiqləri Ukraynanın onların silahları ilə Rusiya ərazisini vura biləcəyini bəyan etdikdən sonra Putin nüvə təhlükəsini artırmağa başlayıb. Rusiya artıq taktiki nüvə silahlarının tətbiqi üzrə təlimlər keçirib. Həmçinin Rusiya lideri söyləyib ki, Moskva nüvə arsenalından nə vaxt istifadə edəcəyini müəyyən edən doktrinanın dəyişdirilməsini nəzərdən keçirəcək. Bundan əlavə, o, Avropanın NATO üzvü olmayan ölkələrinə öz kiçik ərazilərini xatırladıb, onların asanlıqla məhv edilə biləcəyinə eyham vurub.

Şimali Koreya ilə qarşılıqlı müdafiə aktı imzaladıqdan sonra Putin Ukraynanın Qərb silahlarından istifadəsinə məhdudiyyətlərin yumşaldılmasına cavab olaraq, Pxenyanı silahlandıra biləcəyi barədə xəbərdarlıq edib.

"Qərb Ukraynaya silah verib deyir ki, biz burada heç nəyə nəzarət etmirik. Biz də deyə bilərik ki, kiməsə nəsə veririk, sonra ona nəzarət etmirik. Qoy bu haqda düşünsünlər", - Putin Şimali Koreyaya səfəri zamanı söyləyib.

Məqalədə vurğulanır ki, Kreml rəhbərinin Asiyaya səfəri zamanı etdiyi sərt xəbərdarlıqlar Rusiya və Qərbi Ukrayna ilə bağlı yeni eskalasiya mərhələsinə sürükləyir.

"Nüvə silahından istifadə etmək və ya Ukraynada döyüş meydanında təxribatları artırmaqdan başqa, Rusiya lideri sübut etmək istəyir ki, Qərbə başqa yollarla və başqa yerlərdə təzyiq göstərə və onu qarşıdurmaya çəkə bilər", - məqalədə deyilir.

Politoloq Aleksandr Qabuyevə görə, Rusiya Ukraynaya hərbi dəstək verən Qərbdən əvəz çıxmaqda qərarlıdır, bu baxımdan bir sıra dönməz addımlar atmağa, məsələn, Şimali Koreya ilə mürəkkəb hərbi texnologiyaları bölüşməyə hazırdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya üçün kabusa çevrilən ÜÇ MƏSƏLƏ -Putin Trampla bu problemləri çözmək istəyir
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
İran səfiri Fransa XİN-ə çağırıldı

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Ramiz Mehdiyevin qızına şikayət etmək    icazəsi     verildi