Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112804
az

Sabir Abdinov Vəkillər Kollegiyasının üzvü oldu

13:0222 İyun, 2024
440
HÜQUQ
  • A

Prokurorluğun keçmiş əməkdaşı  Sabir Abdinov Vəkillər Kollegiyasının üzvü sıralarına daxil olub.

Oxu24.com xəbər verir ki,iyunun 21-də “Badamdar Estates” mehmanxanasında “İnsan hüquqları aylığı” ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

 

Qeyd edək ki, Sabir Abdinov uzun illərdir ki, prokurorluq orqanlarında çalışmaqla yanaşı bədii yaradıcılıqla məşğuldur, 6 kitabın müəllifidir.  S.Abdinov sonuncu iş yeri olaraq Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru, baş ədliyyə müşaviri vəzifəsini icra edib.

 

Tanınmış bəstəkarlar Nadir Əzimov, Vüqar Camalzadə, Vüsal Qurbanov, Rauf Məmmədov, Sahil Əliyev və başqaları tərəfindən 100-dən çox şeirinə mahnılar bəstələnib.

O,həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

"Mənə dəniz verin""Yağış istədim""Bağışla" (ifaçı Eyyub Yaqubov), "Gəlmədin" (ifaçı Qədir Qızılsəs), "Xəbərin yox" (ifaçı Zülfiyyə Xanbabayeva), "Bilirəm, getmisən" (ifaçı Zaur Rzayev), "Yarpaq yağışı" (ifaçı İlhamə Quliyeva), "Bir gün" (ifaçı Mətanət İsgəndərli), "Bu gecə" (ifaçı Rüfət Mehdiyev), "Bu axşam" (ifaçı Emin Nəsirli) və digər mahnıların sözləri ona məxsusdur.

Oxu24.com kollektivi adından Sabir Abdinova yeni fəaliyyətində uğurlar arzu edirik.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda ilk dəfə "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi keçirilir
Aliment borcu bu hallarda    silinə     bilər
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu