Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112769
az

Gürcüstanın Aİ-yə daxil olması üçün gözlənilən tarixlər açıqlanıb

20:2221 İyun, 2024
95
DÜNYA
  • A

Gürcüstan qarşısına iddialı məqsəd qoyur - 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmaq.

 

Oxu24.com  xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze Berlində Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş qəbulda çıxışı zamanı deyib.

“Bizim iddialı hədəfimiz var - 2030-cu ilə qədər Gürcüstanı Avropa İttifaqına üzv etmək. Bu gün uşaqlarımız Aİ-nin himnini qeyri-adi şəkildə ifa etdilər və mən əminəm ki, bu uşaqların gələcəyi Aİ-dədir”, - deyən Kobaxidze birliyə qoşulmağın mühüm milli vəzifə olduğunu bildirib.

 

Gürcüstan hökumət başçılarının fikrincə, bu məqsədə nail olmaq üçün müttəfiqlərin və Gürcüstana dost ölkələrin dəstəyi vacibdir.

 

Mayın 14-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini sonuncu üçüncü oxunuşda qəbul edib. 84 deputat lehinə, 30-u əleyhinə səs verib.

 

Bundan əvvəl Gürcüstanın baş naziri Kobaxidze bildirib ki, Gürcüstan abxaz və osetin “qardaş və bacıları” ilə birlikdə Aİ-nin tamhüquqlu üzvü olmağa ümid edir.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Husilər gəmini azad etdi
Avropa ABŞ-la ticarət müharibəsi ssenariləri hazırlayır
Avropa Parlamenti Belarusdakı seçkilərin nəticələrinin tanınmaması ilə bağlı qətnamə qəbul edib

Bu adada yalnız pişiklər yaşayır— Sirli adanın maraqlı tarixçəsi + VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Daha 92 milyon manat    Azərbaycana   qaytarıldı