Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112709
az

Rusiya səfiri Cənubi Koreya XİN-ə çağırıldı

12:5421 İyun, 2024
197
DÜNYA
  • A

Rusiya səfiri Georgi Zinovyev Moskva ilə Pxenyan arasında strateji tərəfdaşlıq sazişinə görə Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Meduza" məlumat yayıb. 

Cənubi Koreya Xarici İşlər Nazirliyi səfir Georgi Zinovyevə bildirib ki, Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır və bu, “regional vəziyyətə və Rusiya-Koreya münasibətlərinə mənfi təsir göstərir”. 

İyunun 20-də Cənubi Koreya hökuməti KXDR və Rusiya arasında əldə olunan razılaşmaya görə Ukraynaya silah tədarükü ilə bağlı mövqeyinə yenidən baxacağını bəyan edib. Əvvəllər Seul öldürücü silahları Kiyevə verməkdən imtina edirdi. Milli təhlükəsizlik müşaviri Çan Ho-jin deyib: "Konkret tədbirlər daha sonra elan ediləcək və Rusiyanın necə reaksiya verəcəyini görmək maraqlı olacaq". 

Vladimir Putin iyunun 18-19-da KXDR-ə səfər edib. Bu, onun 2000-ci ildən sonra Şimali Koreyaya ilk səfəri idi. Rusiya və KXDR hərtərəfli strateji tərəfdaşlıq sazişi bağlayıblar ki, bu da digər məsələlərlə yanaşı, ölkələrdən birinə hücum zamanı hərbi yardımı nəzərdə tutur. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Tramp təyyarə ilə gələn ilk lider ola bilər”
Vaşinqtonda fövqəladə vəziyyət elan edildi
Zelenski bir şərtlə atəşkəsə RAZILIQ VERƏCƏK

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...