Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112706
az

"Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir" - Hikmət Hacıyev

12:3321 İyun, 2024
112
SİYASƏT
  • A

Bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə son onilliklər ərzində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində aparılan ardıcıl işin məntiqi nəticəsidir.

Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının “Rusiya və Azərbaycanın regional layihələr və təşəbbüslər çərçivəsində əməkdaşlığı” mövzusunda beşinci iclasında bildirib.

Onun sözlərinə görə, hazırda ölkələrimiz arasında iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi və inkişafı tendensiyası müşahidə olunur.

Hikmət Hacıyev bildirib: “Regionlararası əməkdaşlıq genişlənir. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə əlaqələr saxlayır, Rusiyanın regionlarının azərbaycanlı tərəfdaşları ilə iqtisadi-ticari, elmi-texniki, mədəni əlaqələr üzrə 10-dan artıq sazişi həyata keçirilir. Əlbəttə, yuxarıda sadalananların hamısı Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında şəxsi etimada əsaslanan münasibətlər və yüksək qarşılıqlı anlaşma səviyyəsi sayəsində mümkün olub”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask Trampın mitinqində Baydeni ƏLƏ SALDI -"Bir prezidentimiz var idi..."
Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verib
"Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi" - İlham Əliyev

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı