Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112645
az

Faciəli şəkildə ölən dostlarla bağlı ürəkdağlayan fakt +VİDEO

11:5820 İyun, 2024
133
OXU24 TV
  • A

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunun Hamarqışlaq kəndində göldə 2 nəfər batıb.

 

Oxu24.com Bizim.Media-ya istinadən xəbər verir ki, su bəndində boğulan gənclərlə bağlı yeni detallar məlum olub.

 

Məlumata görə, hadisə 2008-ci il təvəllüdlü Nihatın qoyunları sulayarkən bəndə yıxılması nəticəsində baş verib. Onun köməyinə çatan digər kənd sakini 2004-cü il təvəllüdlü İbrahim Həsənov suya baş vurub. Lakin hər iki gənc batıb. Bu zaman hadisəni uzaqdan izləyən şəxslər gəncləri xilas etmək üçün suya tullanıblar. Onlar ilk olaraq Nihatın cansız bədənini sudan çıxarsalar da, İbrahimin axtarışı nəticə verməyib. Hadisə yerinə polis və müvafiq qurumların nümayəndələri çağırılıb.

 

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri az müddətdə İ. Həsənovun meyitini sudan çıxarıblar. Hər iki gəncin meyiti Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

 

Qeyd edək ki, Nihat Aşurov orta məktəbin sonuncu sinif şagirdi imiş. İbrahim Həsənov isə hərbi xidmətlə bağlı xüsusi toplanışdan cəmi bir neçə gün əvvəl qayıdıbmış.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Metroda qadınların davası +VİDEO
Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Qohumunu güllələyən 29 yaşlı şəxs saxlanıldı