Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112567
az

Bakıda çimərlikdə dəhşətli anlar: Öldürülən şəxs kimdir?

16:3019 İyun, 2024
90
KRİMİNAL
  • A

Bakıda 27 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı qəsdən adam öldürmə faktına görə cinayət işi başlanılıb.

 

Bu barədə Oxu24.com-a  Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, iyunun 19-da saat 3 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1997-ci il təvəllüdlü Adil Talıbovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mətləb Süleymanlının rayonun Şüvəlan qəsəbəsində yerləşən çimərlik ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Adil Talıbova xəsarətlər yetirməsinə və sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Mətləb Süleymanlı iş üzrə şübhəli şəxs qismində tutulub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı
Bakıda qandonduran hadisə: Ölənlər və yaralı var
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı