Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112542
az

Bakıda 6 övladı olduğunu deyən kişi körpəsi ilə dilənir - AÇIQLAMA

13:5919 İyun, 2024
110
CƏMİYYƏT
  • A

Bakıda metronun "Nizami" stansiyasının yaxınlığında qucağında körpə uşaqla dilənən kişi diqqət çəkib.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Belə ki, söhbət paytaxtın Cəfər Cabbarlı küçəsindən gedir.

Orta yaşlı kişinin qucağında körpə uşaqla hər gün saat 22-23 radələrində bura gələrək, diləndiyi iddia edilir.

İlkin məlumatlara görə, o, onunla maraqlananlara 6 övladının olduğunu və onları dolandırmaq üçün hər gün 6 aylıq körpəsi ilə bura dilənməyə çıxdığını deyir.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fakt nəzarətə götürülüb:

"Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məsələ araşdırılır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balıq sevənlərə ŞAD XƏBƏR -Yeni bazarlar salınacaq
Prezident yeni fərman imzaladı
SON DƏQİQƏ! Dəhşətli xəbər gəldi: Ölənlər var

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Axtarışa verilən yeniyetmə tapıldı