Azərbaycanda COP29-a hazırlıq işləri intensiv şəkildə davam etdirilir.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, COP29 tədbirinə hazırlıqla əlaqədar Azərbaycanın təcrübəsində dövlət sektoru ilə bərabər vətəndaş cəmiyyəti, media və özəl sektorun nümayəndələri də iştirak edirlər: "Koordinasiya işləri bütün hökumətin fəaliyyətini əhatə etməkdədir. Azərbaycanda COP29-la bağlı bütün tərəflərin - qeyri-hökumət təşkilatları, akademik dairələr, beynəlxalq təsisatların və s. fikirləri ciddi şəkildə nəzərə alınır. COP29 prosesi çərçivəsində də onların təqdim etdiyi məsələlər əsasında konkret nəticələr hasil olunur".
Oxu24.com
ŞƏRHLƏR