Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112473
az

ABŞ Konqresi Daxili Təhlükəsizlik Nazirindən izahat tələb edib

16:5118 İyun, 2024
110
DÜNYA
  • A

ABŞ Konqresinin Daxili Təhlükəsizlik Komitəsinin nümayəndələri ölkəyə qanunsuz daxil olan və İslam Dövləti terror qruplaşması  ilə əlaqədə şübhəli bilinən Tacikistandan olan səkkiz kişinin saxlanılmasından sonra daxili təhlükəsizlik naziri Alejandro Mayorkasdan izahat tələb edirlər.

 

Oxu24.com xəbər verir  ki,  bu barədə “The New York Post” yazır.

 

Məktubda Mayorkalardan tələb olunur ki, sərhədçilərin bu Tacikistan vətəndaşları sərhədi keçərkən onların terrorla əlaqəsi haqqında hər hansı məlumatı olub-olmadığını aydınlaşdırsınlar.

 

Bundan əlavə, təhlükəsizlik komitəsinin nümayəndələri FTB onlara təhlükə barədə məlumat verənə qədər sərhəd qurumlarının miqrantlara necə nəzarət etdiyini izah etməyi tələb ediblər.

 

Materialda Tacikistan vətəndaşlarının bəzilərinin bir ildən artıqdır ki, ABŞ-da olduğu bildirilir.

 

NBC telekanalı iyunun 12-də Tacikistan vətəndaşlarının saxlanması barədə məlumat yayıb.

 

Telekanalın məlumatına görə, müttəhimlər FTB-nin üç şəhərdə - Los-Anceles, Nyu-York və Filadelfiyada keçirdiyi reydlər zamanı həbs edilib.

 

Qeyd olunur ki, saxlanılanların hamısı ABŞ-a Meksikadan - ölkənin cənub sərhədindən keçiblər. Onlardan ən azı ikisi 2023-cü ilin yazında ABŞ-a köçüb.

 

Eyni zamanda “The New York Post” yazır ki, saxlanılan 8 nəfərdən altısı Tacikistandandır, lakin Rusiya vətəndaşıdır.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Uzak Şehir"dəki Fidanın real həyatdakı görkəmi heyrətə gətirdi - FOTO
Belarusda prezident seçkilərində erkən səsvermə başa çatdı
Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı