Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112472
az

İtaliya yayılan məlumatı  təkzib edib

18:3018 İyun, 2024
106
DÜNYA
  • A

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin rəhbəri, İtaliya baş nazirinin müavini Antonio Tajani Şimali Atlantika Alyansının heç bir iclasında nüvə silahının müzakirə olunmadığını bildirib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə TASS məlumat yayıb.

 

Nazir vurğulayıb ki, heç kim nüvə arsenalının yaradılmasından danışmayıb. Tajani əlavə edib ki, o, NATO-nun baş katibi Yens Stoltenberqin bəyanatını da oxuyub.

 

İtaliyanın xarici işlər naziri əlavə edib ki, o, nüvə arsenalından istifadəyə, eləcə də nüvə silahı yarışına qarşıdır.

 

Bundan əvvəl Stoltenberq Şimali Atlantika Alyansının nüvə başlıqlarının sayını artırmadığını, daşıyıcı təyyarələrini modernləşdirdiyini bildirib.

 

Baş katibin sözlərinə görə, NATO nüvə başlıqlarının sayını artırmaq niyyətində deyil. Alyans köhnəlmiş təyyarələri əvəz etməklə yalnız nüvə silahı daşıyıcılarını modernləşdirir.

 

Stoltenberq həmçinin bildirib ki, 2024-cü ildə Şimali Atlantika Alyansının ümumi hərbi xərcləri 18% artacaq və bloka daxil olan 32 ölkədən 23-ü hərbi xərclərini ümumi daxili məhsulun (ÜDM) 2%-nə qədər artırıb.

 

Əvvəllər Aİ NATO-nun tələbi ilə silahların alınmasını prioritet hesab edirdi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edildi -FOTO
Kolumbiya hökuməti Azərbaycana təşəkkür etdi
ABŞ Gürcüstan rəsmilərini sanksiyalarla VURDU

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Axtarışa verilən yeniyetmə tapıldı