Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112469
az

ABŞ Ukrayna üçün ağır şərt qoydu: Rusiyaya qalib gəlin, sonra...

17:0018 İyun, 2024
133
DÜNYA
  • A

Ukrayna Şimali Atlantika Alyansına qoşulmaq üçün Rusiyanın ona qarşı apardığı müharibədə qalib gəlməlidir.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

O, ABŞ prezidenti Co Baydenin NATO-nun Ukraynanın gələcəyi olduğu, Alyansa qoşulmaq üçün çox şey etməli olduğu, bütün üzv ölkələrin etməli olduğu sözlərini xatırladıb.

“NATO və Birləşmiş Ştatlar bildiriblər ki, Ukrayna əvvəlcə bu müharibədə (NATO-ya üzv olmaq üçün) qalib gəlməlidir və biz Ukraynanın bunu etməsi üçün əlimizdən gələni edirik”, – Kirbi deyib.

Ağ Ev nümayəndəsi qeyd edib ki, istənilən halda, müharibə başa çatdıqdan sonra Ukraynanın Rusiya Federasiyası ilə uzun sərhədi olacaq və “Ukrayna xalqı üçün təhlükəsizlik təhdidləri” olacaq:

“Buna görə də prezident G7-nin iclasında ikitərəfli təhlükəsizlik sazişi imzaladı... ki, uzun müddət Ukraynanın hərbi-müdafiə kompleksi özünümüdafiə üçün lazım olan hər şeyə malik olsun. Buraya Birləşmiş Ştatların köməyi də daxildir”.

Kirbi əlavə edib ki, Vaşinqton Ukraynanın NATO-ya daxil olmasına nail olmaq üçün hər addımda Kiyevlə işləyəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Uzak Şehir"dəki Fidanın real həyatdakı görkəmi heyrətə gətirdi - FOTO
Belarusda prezident seçkilərində erkən səsvermə başa çatdı
Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı