Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112415
az

Taksi sürücülərinin nəzərinə - Bu qanun qüvvəyə minir

11:1418 İyun, 2024
107
CƏMİYYƏT
  • A

İyulun 1-dən dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməyəcək.

Oxu24.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, taksi minik avtomobilləri ən azı “Avro-5” ekoloji standartına uyğun olmalıdır.

Bundan başqa, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək.

Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elçilikdə "yox" cavabı alan kişidən ağlagəlməz əməl - - təfərrüat
Marketlərdə satılan toyuqlara öldürücü dərman qatılır? - Professor AÇIQLADI
Suriyaya qarşı sanksiyalar mərhələli şəkildə ləğv ediləcək