Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112393
az

Azərbaycanda vəzifəli şəxsin üstünə benzin TÖKDÜLƏR

21:2417 İyun, 2024
155
  • A

Lənkəran rayonunda şirkət rəhbərinə qarşı xuliqanlıq etmiş Təngivan kənd sakini, 1962-ci il təvəllüdlü Əlibala Nemətov (soyad şərtidir) cinayət məsuliyyətinə cəlb edilib.

 

Hadisə kənd ərazisində yerləşən qum-çınqıl yatağında baş verib.

 

Əlibala Nemətov qum-çınqıl istehsalı müəssisəsinin yaşadığı evə yaxın olmasını, həmin müəssisənin səhər tezdən yüksək siqnalla işə salınmasını, dəfələrlə etdiyi şikayətlərin nəticəsinin olmamasını bildirib. O, səhər saatlarında yaşadığı evdən özü ilə 1 ədəd bir litrlik plastik butulkada benzin götürərək müəssisənin həyətinə gəlib. Burada Əlibala müəssisənin rəhbəri Şaiq Babayevlə dalaşaraq onlardan fəaliyyətlərini dayandırmağı tələb edib. Həmçinin uca səslə söyüş söyüb, əlindəki benzini direktorun üstünə töküb və ona yüngül xəsarətlər yetirib.

 

Ətrafdakı şəxslərin və oraya gələn polisin iştirakı ilə Əlibala saxlanılıb.

 

Onun barəsində Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə cinayət işi açılıb.

 

Cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb. Məhkəmənin bir neçə gün öncə çıxardığı hökmlə 62 yaşlı Əlibala Nemətova 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun bədəninə eletrok qolbaq yerləşdirilib və yaşadığı yeri tərk etməmək kimi vəzifələr üzərinə qoyulub

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana gəldi
Heydər Əliyev Mərkəzində onlara ziyafət verildi -FOTO
Estetik cərrahlardan şikayət edən onlar imiş -FOTO

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü