Qaynar xətt:

(+99450) 247 90 86

Avstriya kansleri Rusiyanın rolundan danışdı

DÜNYA

168

17.06.2024, 21:52

“Rusiyanın iştirakı olmadan və onun maraqlarını nəzərə almadan Ukraynada müharibəyə son qoymaq mümkün deyil”.

 

Oxu24.com xəbər verir  ki, bunu “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində Avstriya kansleri Karl Nehammer deyib.

 

“Aydındır ki, Rusiyasız sülh olmayacaq”, - deyə siyasətçi iyunun 15-dən 16-dək İsveçrədə keçirilən konfransın nəticələrini dəyərləndirməsi ilə bağlı suala cavab verib.

 

Eyni zamanda Nehammer vurğulayıb ki, o, sammiti nizamlanma yolunda ilk addım hesab edir. O, həmçinin əlavə edib ki, istənilən silahlı münaqişə tez bitmir və “uzun prosesdir”.

 

Miri