Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112352
az

"Real Madrid"in oyunçularına qarşı terror hazırlayan şəxslər saxlanılıblar

16:4017 İyun, 2024
128
İDMAN
  • A

İspaniya polisi "Real Madrid" klubunun oyunçularına, həmçinin "kral klubu"nun azarkeşlərinə qarşı "Santyaqo Bernabeu" stadionunda terror aktı planlayan dəstəyə qarşı uğurlu əməliyyat keçirib.

Bu barədə İspaniya mətbuatı xəbər verib.

Qeyd olunur ki, terrorçular hətta hədələyici məzmunlu posterlər hazırlayaraq internet üzərindən "Real Madrid" klubunun futbolçularını və azarkeşlərini hədəfə alıblar.

Qeyd olunur ki, əməliyyat İspaniyanın Kataloniya əyalətində, həmçinin Alexisiras və Tenerife şəhərlərində aparılıb.

Əməliyyat nəticəsində doqquz nəfər şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxslərin İŞİD qruplaşması ilə əlaqələri olduğu müəyyən edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Atalanta” – “Yuventus” oyunu      heç-heçə       yekunlaşdı
Ronaldo “Əl-Nəsr”in ortaq     sahibi      olacaq
Nuri Şahin istefaya      gedə    bilər