Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112333
az

Nazir: "Ukrayna Rusiyanı sülh sammitinə dəvət edəcək"

14:3417 İyun, 2024
112
DÜNYA
  • A

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanı Ukraynaya həsr olunmuş növbəti beynəlxalq sammitə dəvət etmək niyyətində olduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, Kuleba “Strana” nəşrinə açıqlamasında sammitin məqsədinin münaqişəni dayandırmaq olduğunu vurğulayıb.

“İdeya ondan ibarətdir ki, növbəti sammit münaqişənin sonu olacaq. Və təbii ki, bizə qarşı tərəfin danışıqlar masasında olması lazımdır. Münaqişəni dayandırmaq üçün hər iki tərəfə ehtiyac olduğu aydındır”, - deyə nazir vurğulayıb.

O qeyd edib ki, Kiyev hakimiyyəti Rusiya ilə danışıq aparmaq lazım gələcəksə, bunu edəcək.

Xatırladaq ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukraynaya həsr olunmuş konfrans keçirilib və nəticədə Ukrayna ilə bağlı kommünike imzalanıb.

Sənədi sammitdə iştirak edən 80 ölkə dəstəkləyib.

İraq və İordaniya daha sonra kommünikenin mətnindən öz imzalarını geri götürüb. Hindistan sənədi imzalamayıb. İsveçrə XİN növbəti görüşün ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən sonra keçiriləcəyini istisna etməyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açıldı
Maskdan QORXULU AÇIQLAMA -İnsanlar belə qərar versələr, bəşəriyyət YOX OLACAQ
Ərinin hədiyyə aldığı bahalı iPhone-u bəyənməyib AĞLADI - VİDEO

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı