Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112275
az

Vatikan Ukrayna ilə bağlı sammit bəyannaməsini imzalamayıb

22:4116 İyun, 2024
102
DÜNYA
  • A

Vatikanın Müqəddəs Taxt-Tacı müşahidəçi statusuna uyğun olaraq İsveçrədə Ukrayna üzrə sammitin bəyannaməsini imzalamayıb.

 

Oxu24.com  xəbər verir  ki,  bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.

 

Agentliyin həmsöhbətinin dediyi kimi, Müqəddəs Taxt-Tac “öz müşahidəçi statusuna uyğun gələn yekun bəyannamələri imzalamır”.

 

İyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan 101 nümayəndə heyətinin iştirakı ilə Ukrayna üzrə “Sülh Sammiti” keçirilib. Rusiya konfransa dəvət olunmayıb.

 

Yekun kommünike 84 nümayəndə - 80 ölkə və 4 təşkilat tərəfindən imzalanıb. Qəbul edilmiş sənədə görə, sülhə nail olmaq üçün hər iki tərəf arasında dialoq lazımdır və onlar yazılı müddəaları müzakirə etməlidirlər.

 

Onlara Ukraynanın bütün atom elektrik stansiyalarının Kiyevin nəzarəti və MAQATE-nin nəzarəti altında işləməli olduğunu bildirən bəndlər daxildir.

 

Həmçinin, Ukrayna tərəfi Qara və Azov dənizlərindəki limanlarına çıxış əldə etməli və kənd təsərrüfatı məhsullarını məhdudiyyətsiz üçüncü ölkələrə çatdıra bilməlidir.

 

Digər şərt isə bütün hərbi əsirlərin dəyişdirilməsi və Rusiyaya aparılan ukraynalı uşaqların evlərinə qaytarılmasıdır.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur ulduzun malikanəsində şər ruhlar dolaşır -ŞOK İDDİA
Türkiyədə çökən mədəndən 2 nəfər XİLAS EDİLDİ
Makronun ARVADI KİŞİDİR -Ouens sübutları dərc edəcəyinə SÖZ VERDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı