Çində birbaşa ildırım vuran iki nəfər sağ qalıb.
OXU24.COM xəbər verir ki, ildırımın çaxma anı təhlükəsizlik kameraları tərəfindən lentə alınıb və CCTV-də yayımlanıb.
Görüntülərdə iki qurbanın Jinzhou şəhərindəki qatar stansiyasında çətir altında gəzdiyi görünür. Hadisədən əvvəl leysan yağışı yağdığından bütün səki daşları su ilə örtülüb. Zərbə anında ildırım budaqlanaraq onların çətirlərinə dəyib, bundan sonra hər iki şəxs yıxılıb, lakin dərhal ayağa qalxmağa çalışıblar.
Hər ikisi təcili tibbi yardım üçün xəstəxanaya aparılıb. Zərərçəkənlərdən kiçik xəsarətlərlə xilas olub, digəri xəstəxanaya yerləşdirilib. Hər ikisinin həyatı təhlükədən uzaqdır.
Xilasedicilər tufan zamanı metal əşyalara toxunmamağı tövsiyə edib. Qeyd edilib ki, çətir insanı ildırımdan qorumur.
Oxu24.com
ŞƏRHLƏR