OXU24.COM TA3 telekanalına istinadən xəbər verir ki, Kiyevə silah verilməsinin əleyhinə olan Peter Pelleqrini Slovakiya prezidenti vəzifəsinin icrasına başlayıb.
İyunun 15-də keçirilən andiçmə mərasimində o, and içərək müstəqil Slovakiya tarixində rəsmi olaraq altıncı dövlət başçısı olub.
Xatırladaq ki, aprelin 6-da keçirilən prezident seçkilərinin ikinci turunda Pelleqrini 53,12% səs toplayaraq qalib gəlib.
Bundan əvvəl o, respublika parlamentinə rəhbərlik edib.
Seçki yarışının sonunda o, Ukraynaya tam dəstək mövqeyində olan Slovakiya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri İvan Korçoku üstələyib.
Miri
Oxu24.com
ŞƏRHLƏR