Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112201
az

ABŞ Ukraynaya 1,5 milyard dollardan çox vəsait ayıracaq

16:2515 İyun, 2024
108
  • A

Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ Dövlət Departamenti vasitəsilə Ukraynanın enerji sektoru, humanitar ehtiyacları və mülki təhlükəsizliyi üçün 1,5 milyard dollardan çox vəsait ayıracaq.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Amerika administrasiyasının saytında məlumat verilib.

 

Bəyanatda qeyd olunur ki, ABŞ-ın vitse-prezidenti Kamala Haris Ukrayna xalqına dəstək üçün 1,5 milyard dollardan çox vəsait ayrıldığını açıqlayıb.

 

Bu məbləğə 500 milyon dollar enerji yardımının maliyyələşdirilməsi, həmçinin Ukraynanın enerji ehtiyacları üçün əvvəllər elan edilmiş vəsaitlərdən 324 milyon dolların yönləndirilməsi daxildir.

 

Digər 379 milyon dollar isə qaçqınların, köçkünlərin və münaqişələrdən təsirlənmiş icmaların təcili ehtiyaclarının ödənilməsinə yönəldilib.

 

Bundan əvvəl Ukrayna Maliyyə Nazirliyinin rəhbəri Sergey Marçenko bildirib ki, Kiyev G7 ölkələrindən 50 milyard dollar almağı şərt qoyub.

 

Bundan əvvəl ABŞ Ukraynaya 50 milyard dollar kredit yardımı ayrılması ilə bağlı vəziyyəti qiymətləndirib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA
HƏMAS dörd israilli girovu azad etdi
Tramp Ukraynaya cavabdeh olanları niyə işdən çıxardı? -Radadan CAVAB

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı