Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112193
az

Azərbaycanda Aİ-92 markalı benzinin istehsalı dayandırılacaq?

11:3415 İyun, 2024
158
İQTİSADİYYAT
  • A

Dünya elektrikli mühərriklərə keçir, bizdə isə Aİ-92 markalı benzinin və dizel yanacağının keyfiyyəti ilə bağlı suallar artmaqdadır.

Bəzi ekspertlər hesab edirlər ki, özügedən yanacaqların həm keyfiyyət göstəriciləri aşağıdır, həm də ekologiyaya vurduğu zərər kifayət qədər böyükdür.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, ölkəyə gətirilən avtomobillərin demək olar əksəriyyəti yüksək oktanlı yanacaqla işlədiyindən Aİ-92 markalı benzin və ya avro-5 standartlarına uyğun olmayan dizel onları sıradan çıxarır.

Ekspert qeyd edib ki, sürücülərin Aİ-92 markalı benzin və dizellə bağlı narazılığı artdığından, elektromobilə keçmək istəyənlərin sayı hər keçən gün çoxalır.

Maraqlıdır, Aİ-92 markalı benzinin kefiyyət göstəricilərinin aşağı olmasını nəzərə alaraq, yaxın gələcəkdə Aİ-92 benzini istehsalı dayandırıla bilər?

Məsələ ilə bağlı “Cebhe.info”-ya danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Aİ-92 markalı benzinin istehlak bazarından çıxarılması bir sıra ciddi problemlər yarada bilər:

“Aİ-92 markalı benzinin istehlak bazarında satışının dayandırılması indiki məqamda gözlənilən deyil. Azərbaycanda son statistikalara görə, benzin istehlakının 80 % və ya 85 %-i Aİ-92-nin payına düşür. Ümumiyyətlə, Aİ-92 markalı benzinin, hətta dizel yanacağının istehlak bazarında satışın dayandırılması üçün münasib şərait yoxdur.

Buna baxmayaraq, hökumət hibrid və elektrik mühərriki ilə işləyən avtomobillərin stimullaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirir. Həm elektirik, həm də hibrid mühərrikli avtomobillər heç bir rüsum ödənilmədən idxal olunur. Hazırkı dövrdə Aİ-92 markalı benzinin satışının məhdudlaşdırılması və ya tam dayandırılması vətəndaşların xərclərini kəskin şəkildə artıracaq.

Bildirim ki, hazırda Aİ-92-yə nisbətən premium markalı Aİ-95 və super markalı Aİ-98 benzin daha keyfiyyətlidir və ekoloji standartlara uyğundur, amma hər ikisinin qiyməti çox yüksəkdir.

Aİ-92-nin keyfiyyətinin aşağı olmasına gəlincə, bu, başqa bir problemdir. Məhz SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Aİ-92-ni yüksək keyfiyyət standartlarına uyğun şəkildə istehsal etməlidir”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

4 nəfərlik ailəyə nə qədər pul lazımdır? -VİDEO
ŞAD XƏBƏR! Bu şəxslərə “13-cü maaş” veriləcək - RƏSMİ
Azərbaycan bu məhsulların ixracından gəlirini artırdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü