ABŞ Konqresinin Nümayəndələr Palatası transgender əsgərlərlə rəftar və abort hüquqları kimi mübahisəli müddəaları özündə əks etdirən müdafiə siyasəti qanun layihəsini təsdiqləyib.
Oxu24.com xəbər verir ki,bu barədə Reuters məlumat yayıb.
Bildirilir ki, bu məsələlər ölkənin müdafiə büdcəsi haqqında məcburi qanunun qəbulunu poza bilər.
Nəşrin qeyd etdiyi kimi, qanun layihəsinin Nümayəndələr Palatasının təqdim etdiyi variant Pentaqonun siyasətini müəyyən edən illik tədbirdir. Bu, keçən illə müqayisədə 1 faiz çox olan rekord 895 milyard dollar xərc tələb edir.
“Senatın Silahlı Qüvvələr Komitəsi indi Nümayəndələr Palatası ilə birlikdə 2025-ci Maliyyə İli üçün Milli Müdafiə Səlahiyyəti Aktının (NDAA) kompromis variantını formalaşdırmaq üçün işləyəcək” materialda deyilir.
Bundan əvvəl Ağ Ev ABŞ Konqresinin 2025-ci il üçün müdafiə büdcəsi layihəsinə Rusiya və Çin vətəndaşlarının nüvə silahı istehsal edən obyektlərə səfərini qadağan edən düzəlişinə qarşı çıxıb.
Amerika administrasiyasının fikrincə, belə tədbirlər nüvə silahının yayılmaması sahəsində çinli və rusiyalı ekspertlərlə qarşılıqlı əlaqə imkanlarını məhdudlaşdıra bilər.
Miri
Oxu24.com
ŞƏRHLƏR