Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112157
az

Qəzza zolağında aclıqdan ölənlərin sayı 40-a yüksəlib

18:2314 İyun, 2024
109
DÜNYA
  • A

Oxu24.com xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın verdiyi xəbərə görə, Qəzzadan olan uşaq Deyr əl-Bələh şəhərindəki Məscidül-Əqsa Şəhidləri Xəstəxanasında aclıq və susuzluqla bağlı səbəblərdən dünyasını dəyişib.

 

Xəstəxana mənbələri bu hadisə ilə Qəzza zolağında qida çatışmazlığı qurbanlarının sayının 40-a yüksəldiyini bildirib.

 

Qəzza zolağının şimalındakı Beyt Lahiya qəsəbəsində yerləşən Kemal Advan xəstəxanasındakı mənbələr də Qəzza zolağında 200-dən çox uşaqda qida çatışmazlığı əlamətlərinin qeydə alındığını və humQəzza zolağının şimalında   fəlakətin qapının astanasında olduğunu bildirib.

 

Təxminən 700 min əhalisi olan Qəzzanın şimalı, İsrailin sərhəd keçidlərini bağlamağa davam etməsi və yardım maşınlarının şimala girə bilməməsi səbəbindən ciddi qida böhranı yaşayır.

 

İsrail ordusunun mayın 7-də Rəfah Sərhəd Qapısının Fələstin tərəfini işğal etməsi Qəzzaya yardım axınının dayanmasına, yaralıların və xəstələrin müalicə üçün xaricə gedə bilməməsinə, xüsusilə şimalda bölgədə humanitar fəlakətin daha da ağırlaşmasına səbəb olub. 

 

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 7 oktyabr 2023-cü ildən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 37 min 266 nəfər ölüb, 85 min 102 nəfər yaralanıb.

 

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

 

Arifə

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Kiçik məqsədlər uğur gətirməz" - Dünyanın ən zəngin adamlarından 20 sitat
"O ses Türkiye"nin yeni münsifləri açıqlandı - O da olacaq...
Vinisius ən yaxşı seçildi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO