Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112150
az

Keçmiş partiya sədri olan deputat həbs olundu

17:4014 İyun, 2024
110
DÜNYA
  • A

Tacikistanda Demokratlar Partiyasının keçmiş sədri, parlamentin deputatı Səidcəfər Osmanzadə həbs edilib.

Modern.az xəbər verir ki, bu barədə “Xovar” dövlət agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Tacikistan Baş Prokurorluğunun tələbi ilə həbs olunub.

O, Tacikistanda dövlət hakimiyyətini ələ keçirmək üçün müxalifət liderləri ilə əvvəlcədən sövdələşmə, həmçinin Tacikistanda qadağan olunmuş Tacikistan Milli Alyansının liderləri ilə əməkdaşlıqda ittiham olunur.

İstintaqın məlumatına görə, 2021-ci ilin sentyabrında siyasətçi Tacikistan Milli Alyansının rəhbərinin müavini Şarofiddin Qadoyevlə telefon danışığı aparıb və “dövlət hakimiyyətinin qəsb edilməsi ilə bağlı ilkin tövsiyələr verib”.

İddialara görə, Qadoyev İslam İntibah Partiyasının ekstremist təşkilatının rəhbəri Muxiddin Kəbirinin ona maliyyə yardımı göstərəcəyini və “Camaat Ənsarullah” terror təşkilatının üç mindən çox döyüşçünün xaricdən köçürülməsini təmin edəcəyini vəd edib.

Deputatlar baş prokurorun keçmiş partiya sədrinin deputat toxunulmazlığından azad edilməsi ilə bağlı tələblərini təmin ediblər və onu deputat toxunulmazlığından məhrum ediblər.

Mayın ortalarında Demokratlar Partiyasının növbədənkənar qurultayında siyasətçi “qeyri-qənaətbəxş fəaliyyətinə” görə partiyanın sədri vəzifəsindən kənarlaşdırılıb. Onun yerini partiyanın Düşənbə şöbəsinə rəhbərlik edən 34 yaşlı Şahboz Abror tutub. Səsvermə zamanı o, 64 tərəfdarın dəstəyini qazanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Əsədlə görüşəcək
Tramp Panama kanalının ABŞ bayrağı ilə çəkilmiş fotosunu yayımlayıb
Gürcüstan prezidenti hakim partiyanı “rejimin süqutu” ilə hədələyib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi