Oğuzda qanunsuz ağac kəsimi faktı ilə bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 17 ədəd qovaq ağacının kəsilməsi faktı üzrə araşdırma aparılır.
Polis əməkdaşları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri Xaçmaz kənd bələdiyyəsinə aid olan həmin əraziyə baxış keçiriblər. Müəyyən edilib ki, qovaq ağaclarının naməlum şəxslər tərəfindən kəsilməsi nəticəsində təbiətə 43400 manat ziyan vurulub.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Oxu24.com
ŞƏRHLƏR