Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112146
az

"AGRO-VEST RETAIL" işçi axtarır - MAAŞ 1500-2000 MANAT 

17:1114 İyun, 2024
412
ELANLAR
  • A

AGRO-VEST RETAIL

Mağaza Müdiri

Son tarix 11 iyl 2024 - [email protected]

İşçiyə qoyulan tələblər:

  • Komanda ilə işləmə və heyyəti idarəetmə bacarığı olmalı;
  • İşgüzar davranış etikası olmalı;
  • İş təcrübəsi: 5 ildən çox (Qeyd edilən vəzifə üzrə);
  • Yaş: 27-50;

Vəzifə öhdəlikləri:

  • Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı, doğru idarə etməli, düzgün qərarlar verməlidir.
  • Satış hədəfinə çatmaq üçün xərclərin, stokun, satışların, sifarişlərin optimallaşdırma sistemlərini doğru idarə etməlidir.
  • Satış komandasını motivasiya etməli, müştəri məmnuniyyətini üst səviyyədə tutaraq hədəfə çatmalıdır.
  • Rəqiblər barəsində, rəqiblərin məhsul və qiymət siyasəti barəsində ətraflı məlumat toplamalı və buna uyğun təkliflər hazırlayıb rəhbərliyə təqdim etməlidir.
  • Tabeçiliyində olan işçilərin müraciətlərini, təklif və şikayətlərini dinləməli, onları səlahiyyətləri çərçivəsində həll etməli, səlahiyyətlərini aşan məsələlər barəsində tabe olduğu rəhbərinə yazılı müraciət etməlidir.
  • Müştərilərlə nəzakətli rəftar edilməsi, müştərilərin məhsullarla ətraflı tanış olmasına şəraitin yaradılmasını təmin etməlidir;
  • Mağazanın və anbarın təmiz və səliqəli saxlanılmasını, hər gün satışdan əvvəl malların tam yoxlanışının (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirilməsini təmin etməlidir;
  • Mağazada soyuducunun, tərəzinin və s. avadanlıqların işlək vəziyyətdə olmasını təmin etməlidir;
  • Malların vitrin və ya rəflərdə səliqəli düzülməsini, əlavə vasitə və avadanlıqların yerində olmasını, vitrində boşluqların olmaması təmin etməlidir:
  • Marketlərdə keçirilən inventarizasiyada iştirak etməlidir, ona təhkim olunan inventarlara cavabdehdir;
  • Mağazanın anbarındakı malların tamlığını, doğru şərait və şərtlərlə saxlanılmasını, itmə, oğurlanma və zədələnmə hallarının olmamasını təmin etməlidir;
  • Qaytarmalara, onların firmalara vaxtında təhvil verilməsinə nəzarət etməlidir.
  • Mağazaya aid sənədlərin yığılıb mühafizə edilməsi, mərkəzə çatacaq qaimə və fakturaların əksiksiz olması və vaxtında göndərilməsini təmin etməlidir.
  • İş zamanı mağaza müdiri üçün təyin edilmiş korporativ geyimdə olmalı, xarici görünüşünə şəxsi gigiyenasına fikir verməli və iş saatlarında ona verilən yaxa kartını daim üzərində saxlamalıdır.

İş şərtləri:

  • Stabil iş
  • İcbari sığorta
  • Əmək haqqı: 1500-2000 azn
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş vaxtı: 9.00 – 18.00
  • İstirahət günləri: Həftə ərzində 1 dəfə.

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Mağaza Müdiri” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxsi görənlər dərhal POLİSİ YIĞSIN - FOTO
Ucuz qiymətə ev və obyekt satılır - TƏCİLİ
"Az-Granata" işçi axtarır - MAAŞ 1500-1800 MANAT

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb