Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112137
az

Ceyhunu ermənilər qətlə yetirib?

16:4014 İyun, 2024
221
REDAKTORUN SEÇİMİ
  • A

Xəbər verdiyimiz kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun ölümü ilə bağlı cinayət işi açılıb.

 

Oxu24.com  xəbər verir ki, C.Hüseynovun qətlə yetirilməsinin dəqiqləşməsi ilə bağlı açılan cinayət işinin maddəsi onun erməni silahlı birləşmələri tərəfindən öldürülməsi ilə bağlı şübhələr yaradır. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.12-ci, yəni, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə maddəsinin tətbiq edilməsi bunu deməyə əsas verir. Hadisənin hansı şəraitdə və necə baş verməsi aparılan istintaq tədbirlərinin yekununda məlum olacaq. Hazırda başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

 

Elə Ceyhunun itkin düşməsi ilə bağlı ilkin xəbər yayılandan bir neçə saat sonra erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyi ilə bağlı məlumat yaymışdı. Daha sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Ordusunun hərbi qulluqçusunun sərhədi keçmə ehtimalı ilə bağlı məlumata sahib olmadığını bildirmişdi.

 

Ermənistan silahlı birləşmələrinin bu ilin fevral ayında Zəngilanda atəş açaraq sərhədçimizi yaraladığı, hərbçilərimizin minaya düşərək şəhid olduğu, erməni diversantın gizli şəkildə Kəlbəcərə keçərək diversiya cəhdi göstərdiyi və digər hadisələrdə, eləcə də separatçıların lideri olmuş Arayik Arutyunyana da qeyd edilən maddə üzrə cinayət işləri açılıb.

 

Qeyd edək ki, Ceyhun Hüseynovun meyiti itkin düşdükdən 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib. Habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.

 

Onu da əlavə edək ki, Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.

 

Xatırladaq ki, Ceyhunun adını daşıdığı əmisi Hüseynov Ceyhun Tahir oğlu 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub.(qafqazinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölən qızı "Mərcan" klinikasında əməliyyat ediblərmiş - DETALLAR
Nərminin meyiti gecə 3-də tapılıbmış - ŞOK DETALLAR
Sumqayıta gedənlərə vacib XƏBƏR: İstiqamət dəyişdi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Sərxoş vəziyyətdə yıxılan      kişi     öldü