“Milli Məclisin daxili nizamnamə var, hər bir deputat təklif irəli sürülə bilər. Amma bəzi deputatlar var ki, iclas bitən kimi jurnalistləri çağırır, müsahibə vermək istəyir ki, mən başqa məsələni qaldırmaq istəyirdim, qoymadılar”.
Oxu24.com xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında deputat Siyavuş Novruzov bildirib.
“Biz görmüşdük ki, azlıq çoxluğa tabe olsun, amma görürük ki, azlıq bizə təsir etmək istəyir. İllərdir bizimlə çalışan insanlar gəlib başqa çıxışlar edirlər. Ömür boyu demisən, indi əsas fikirlərə baxmalısan. Deyir ki, Qarabağda sahibkarlardan pul alınır. Nazirliyin əməkdaşları buradadır, belə hadisələr baş verib? Prezident və birinci xanım tez-tez Qarabağda olur, quruculuq işləri ilə tanış olurlar. Bəs camaatın işinə niyə haram qatırsan? Təcrübəsi olan adamlar belə danışmalı deyil. Kimsə növbəti seçkilərə hasırlaşırsa, getsin, özünə başqa mövzu tapsın, Qarabağ üstündən çıxış etməsin. Qarabağın üstündə çox alverlər olub, amma bundan sonra belə olmayacaq”,- deyə o bildirib. (Modern.az).
Oxu24.com
ŞƏRHLƏR