Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112099
az

Parlament 2023-cü ilin dövlət büdcəsinin icrasını qəbul etdi

12:1414 İyun, 2024
136
CƏMİYYƏT
  • A

Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Oxu24.com xəbər verir ki, layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Daha sonra sənəd ətrafında deputatlar çıxış ediblər. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq III oxunuşda təsdiqlənib.

Qeyd olunub ki, Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35 milyard 574,8 milyon manat (2022-ci illə müqayisədə artım 16 %), gəlirlər üzrə plan 105 % icra olunub.

2023-cü ildə dövlət büdcəsinin xərcləri 36 milyard 458,5 milyon manat (artım 13,7 %) təşkil edib, proqnoz 99,5 % icra olunub.

2023-cü il dövlət büdcəsinin kəsiri 883,7 milyon manat və ya ÜDM-in 0,7 %-ni təşkil edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Fransa Ukraynaya sülhməramlıların göndərilməsini qeyri-mümkün hesab edir
Yanvarın son günü hava     necə      olacaq?

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Quldurluq edən Fərhad Hacıyevə ağır   cəza    verildi