Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112083
az

Avro-2024 bu gün başlayır

10:4014 İyun, 2024
57
İDMAN
  • A

Bu gün Almaniyada futbol üzrə Avropa çempionatına start veriləcək.

Oxu24.com xəbər verir ki, Almaniyanın 2-ci dəfə ev sahibliyi edəcəyi turnirdə ümumilikdə 51 oyun baş tutacaq.

24 yığmanın iştirakı ilə keçiriləcək qitə çempionatının açılış matçında Almaniya və Şotlandiya yığmaları üz-üzə gələcəklər. Münhen şəhərindəki “Alyants Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23.00-da start götürəcək. Qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.

İlk dəfə 1988-ci ildə Avropa çempionatına ev sahibliyi etmiş Almaniya turniri bir dəfədən çox təşkil edən 4-cü ölkədir. Milli komandalar səviyyəsində Avropanın ən mühüm yarışı indiyədək 14 fərqli ölkədə təşkil olunub.

Avro-2024 Almaniyanın 10 şəhərində və stadionunda keçiriləcək. Turnirə paytaxt Berlinlə yanaşı, Köln, Münhen, Frankfurt, Hamburq, Dortmund, Leyptsiq, Gelzenkirhen, Ştutqart və Düsseldorf şəhərləri də ev sahibliyi edəcək.

Qitənin ən güclü 24 yığması hərəsində 4 komanda olmaqla 6 qrupda mübarizə aparacaq. Qrupları ilk iki yerdə başa vuran komandalar və üçüncü yeri tutan ən yaxşı 4 kollektiv 1/8 finala yüksələcək. Qrup oyunları iyunun 26-da başa çatacaq.

İyunun 29-da 1/8 final mərhələsinin görüşləri start götürəcək. 1/4 final matçları iyulun 5-6-da, yarımfinal qarşılaşmaları isə iyulun 9-10-da oynanılacaq.

Avro-2024-ün final qarşılaşması isə iyulun 14-də Berlin Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatının son qalibi İtaliya millisidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


“Yunayted”in sabiq futbolçusu barda dalaşdı, döyüldü“
İspaniya Avro-2024-də performans rekordu müəyyənləşdirdi
Avro-2024-ün ən yaxşı gənc futbolçusu məlum olub

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Futbolda şok yaşandı: Polis qapıçını güllələdi +VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü