Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112078
az

Bir kiloqram albalı 10 min dollara SATILDI

09:5014 İyun, 2024
134
DÜNYA
  • A

Yaponiyada hərracda bir kiloqram albalı təxminən 10 min dollara satılıb.

OXU24.COM  xəbər verir ki, Yamaqata prefekturasından bir kiloqram "Higashine Cherry" markalı albalı Tokioda keçirilən hərracda rekord qiymətə - 1,45 milyon yenə (demək olar ki, 10 min dollar, 17 min manata) satılıb.

Bütün Yaponiyada albalı ilə məşhur olan Hiqaşine şəhəri bu giləmeyvələrin ən çoxunu istehsal edir. Şəhər ölçü, rəng və dad baxımından ciddi standartlara cavab verən öz albalı brendini yaradıb. 2023-cü ildə bu çeşidin kiloqramı 50 min yen (320 dollar, təxminən 550 manat) ucuz olub.

Yamaqata prefekturası ənənəvi olaraq Yaponiyanın ən dadlı albalı tədarükçüsü hesab olunur və ölkədə istehsal olunan ümumi giləmeyvə istehsalının 75 faizini təmin edir. Adətən ilk meyvələr yazın sonunda və yayda görünür, lakin çəlləklərdə yetişdirilən və ilin ilk günlərində satışa çıxarılan yeni il çeşidi də var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünya çempionu müharibədə həlak oldu
Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər
Antalyada zəlzələ oldu

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu