Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112076
az

Gənənin dişlədiyi şəxslə təmasda olanlar 14 gün ərzində... – Həkim təhlükədən danışdı

09:3014 İyun, 2024
169
CƏMİYYƏT
  • A

Gənənin dişlədiyi şəxslə təmasda olanlar 14 gün ərzində nəzarət altında saxlanmalıdır.

OXU24.COM xəbər verir ki, bunu Dos. Dr. Rıza Çıtıl bildirib.

"Krım-Konqo Qanamalı Qızdırması (KKKA) şübhəsi olan şəxslərlə birbaşa təmas qurulmamalıdır. Onlarla təmasda olan şəxslərdə 14 gün ərzində əlamət və simptomların üzə çıxıb-çıxmadığı təqib edilməlidir", - deyə həkim qeyd edib.

Bu yoluxucu xəstəliyin yüksək ölümcül olduğunu xatırladan həkim bunları söyləyib:

"KKKA ilk dəfə 1944-cü ildə Rusiyanın Krım bölgəsində sovet əsgərləri arasında müşahidə edilib. Hazırda bütün dünyada yayılmış bir xəstəlikdir. Türkiyə də daxil olmaqla, Afrika, Asiya, Yaxın Şərq və Cənub-Şərqi Avropanın 50-dən çox ölkəsində endemik olduğu bilinir. Yoluxmalar daha çox yaz və yay aylarında, yəni xəstəliyin ötürülməsində əsas rol oynayan gənələrin aktivləşməyə başladığı vaxtlarda müşahidə olunur".
Həkim bildirib ki, ətraf mühit və iqlim dəyişiklikləri, qlobal istiləşmə, çöl quşlarının və heyvanların nəzarətsiz hərəkətləri kimi bir çox faktor KKKA xəstəliyinin yayılmasına təsir edir:
"Xəstəlik yoluxanların təxminən 5 faizində ölümlə nəticələnir. Bəzi hallarda ölüm nisbəti 30 faizə çata bilər".
O, gənənin dişlədiyi xəstələrdə üzə çıxan simptomlardan da danışıb:

"Gənənin dişlədiyi insanlar 10 gün ərzində zəiflik, iştahsızlıq, qızdırma, əzələ ağrısı, baş ağrısı, ürəkbulanma, qusma və ya ishal kimi simptomlarla qarşılaşa bilərlər. Bu əlamətlərdən biri və ya bir neçəsi baş verərsə, dərhal həkimə müraciət etməlidirlər. Bu şəxslərlə əlaqə quranların da vəziyyəti 14 gün ərzində izlənilməlidir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

O maşını kim sürürdü? - 17 yaşı var imiş
Nizaməddin Şəmsizadə komaya düşdü
İmişlidəki qəzada həlak olan məktəblilərin FOTOLARI

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
21 yaşlı oğlan özünü bıçaqlayıb