"X" sosial şəbəkəsi (əvvəllər "Twitter" kimi tanınırdı) üçüncü tərəf istifadəçilərindən tarixi gizlədən yeni funksiya təqdim edib.
OXU24.COM xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
İyunun 13-dən etibarən yalnız hesab sahibi paylaşımları kimin bəyəndiyini görə biləcək. Bu funksiya əvvəllər "Premium" abunəçiləri üçün əlçatan idi, lakin indi hər kəs üçün məcburidir.
"X" sosial şəbəkəsi bu yeniliyi istifadəçilərin şəxsi məlumatlarının qorunması zərurəti ilə izah edir. Şirkət nümayəndələri iddia edirlər ki, bu xüsusiyyət sayəsində insanlar bəyənərkən daha az risk edəcək və hücumlardan qaça biləcəklər.
Bir çox istifadəçi yeniləmədən narazıdır.
"X"in sahibi İlon Maskın paylaşımında şərhlərdə bəzi istifadəçilər bu addımla razılaşmadıqlarını bildirib və yeniliyin istəyə bağlı olmasını təklif ediblər. Bəzi istifadəçilər Maska botların silinməsi kimi daha vacib yeniləmələrə diqqət yetirməyi də tövsiyə ediblər.
Oxu24.com
ŞƏRHLƏR