Birləşmiş Ştatlar gələcəkdə bu ölkəyə hücum olacağı təqdirdə 24 saat ərzində Ukrayna ilə yüksək səviyyəli məsləhətləşmələr aparacaq.
OXU24.COM xəbər verir ki, bu barədə mənbələrə istinadla "The Washington Post" (WP) məlumat yayıb.
Qeyd olunub ki, bu müddəa iyunun 13-də İtaliyada keçiriləcək görüşdən sonra imzalanması planlaşdırılan ikitərəfli təhlükəsizlik sazişində öz əksini tapacaq. Sənəddə deyilir ki, Birləşmiş Ştatlar Ukrayna hərbçilərinə təlim keçməyə davam edəcək, həmçinin Kiyevin dəniz, hava və kiber sahələr üzrə “çəkindirici qüvvələri” gücləndirməyə kömək edəcək.
"O, gələcəkdə Ukraynaya yenidən hücuma məruz qalacağı təqdirdə ABŞ-ı 24 saat ərzində Kiyevlə yüksək səviyyəli məsləhətləşmələr aparmağa məcbur edir", - materialda deyilir.
Bundan əvvəl G7 ölkələri Rusiya Federasiyasının dondurulmuş aktivlərindən istifadə etməklə 2024-cü ilin sonuna qədər Ukraynaya 50 milyard dollar ayırmağa razılaşıblar .
İyunun 12-də Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Vaşinqtonda keçirilən sammitinin iştirakçıları bəyan ediblər ki, alyansa qoşulmaq üçün Ukrayna Rusiya ilə hərbi münaqişədə qalib gəlməlidir.
Oxu24.com
ŞƏRHLƏR