Papa Fransisk G7 sammitində ABŞ prezidenti Co Bayden, Hindistanın baş naziri Narenda Modi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Vatikanın Dövlət Katibliyi məlumat yayıb.
İyunun 13-dən 15-dək İtaliyada baş tutacaq zirvəyə pontifik helikopterlə uçacaq. Roma Papası süni intellektlə bağlı sessiyada çıxış edəcək, ondan sonra dünyanın aparıcı ölkələrinin liderləri ilə 10 ikitərəfli görüş keçirəcək.
Sammitin mövzularından biri Ukrayna və Yaxın Şərqdəki münaqişələr olacaq. G7 ölkələrinin liderləri Afrikadakı vəziyyəti və miqrasiya məsələlərini də müzakirə edəcəklər.
Roma Papası özünün demək olar ki, 50 illik mövcudluğu tarixində ilk dəfə belə sammitdə iştirak edəcək.
Bundan əvvəl Roma Papası Fransisk demişdi ki, Rusiyanın iştirakı olmadan Ukrayna böhranı ilə bağlı hər hansı danışıqların “həqiqi mənası yoxdur”. O, İsveçrədə keçiriləcək sülh konfransına yalnız Rusiya nümayəndə heyətinin də tədbirə dəvət olunması şərti ilə qoşulmağa hazır olduğunu bildirib.
Miri
Oxu24.com
ŞƏRHLƏR